Bakıda yazıboxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar


Digərləri 08 Noy 2019 14:19:00 40 0

Bakıda yazıboxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar

Bakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən Esmira Nuriyeva bildirib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub: "Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, "gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan". Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik. 

2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər "STOP"un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra "Banditizm idarəsi"nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər". 

E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan "Buttolo", "Ceyson-TT", "Dikson-N.N", "Brayner - S.S", "Lesnek-2018" şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.

Bu şirkətlər üçün "Bank BTB"-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə "Brayner - S.S"-də 1,4 milyon manat, "Ceyson-TT"-də 183 min manat, "Buttolo"-da 512 min manat, "Lesnek-2018" 62 min manat, "Dikson-N.N"-də 1,7 milyon manat olub. 

Metroya yeni qatar gələn ilin fevralında gətiriləcək like
  • 08 Noy 14:16  
Digərləri Metroya yeni qatar gələn ilin fevralında gətiriləcək

"Bakı Metropoliteni" qarşıdakı 3 il ərzində 60 yeni vaqonun alınması il

arrow Ətraflı
Xoşqədəmi şahzadəyə bənzətdilər like
  • 08 Noy 14:14  
Şou-biznes Xoşqədəmi şahzadəyə bənzətdilər

Aparıcı Xoşqədəm Hidayətqızını şahzadə Dianaya bənzədiblər.

arrow Ətraflı
14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı like
  • 08 Noy 14:11  
Digərləri 14 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırd

arrow Ətraflı
6 qat dünya çempionu Kənan M.Mi rinqə dəvət etdi like
  • 08 Noy 14:09  
Şou-biznes 6 qat dünya çempionu Kənan M.Mi rinqə dəvət etdi

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pər

arrow Ətraflı
"İnsan nəyəsə görə dəyişdisə, deməli teztez dəyişə biləcək" like
  • 08 Noy 14:04  
Şou-biznes "İnsan nəyəsə görə dəyişdisə, deməli teztez dəyişə biləcək"

Müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı foto ilə diqqət

arrow Ətraflı
Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq like
  • 08 Noy 14:04  
Digərləri Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq

Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbi

arrow Ətraflı
İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi like
  • 08 Noy 13:59  
Digərləri İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi

"Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzl

arrow Ətraflı
Azərbaycanda subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlanılıb like
  • 08 Noy 13:57  
Digərləri Azərbaycanda subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəy

arrow Ətraflı
Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək like
  • 08 Noy 13:54  
Digərləri Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərk

arrow Ətraflı
Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhəddə like
  • 08 Noy 13:49  
Siyasət Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhəddə

7 noyabr tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin

arrow Ətraflı
Dilarə əməliyyatdan qorxur  "Cərrahi müdaxilə fəsada çevrilə bilər" like
  • 08 Noy 13:44  
Şou-biznes Dilarə əməliyyatdan qorxur "Cərrahi müdaxilə fəsada çevrilə bilər"

"Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiz? Buna ye

arrow Ətraflı
Əli Əhmədov: "Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır" like
  • 08 Noy 13:41  
Siyasət Əli Əhmədov: "Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır"

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra kati

arrow Ətraflı
Bakıda iki mağaza satıcısı cərimələnib - Yeniyetmələrə siqaret satdığına görə like
  • 08 Noy 13:40  
Digərləri Bakıda iki mağaza satıcısı cərimələnib - Yeniyetmələrə siqaret satdığına görə

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkil

arrow Ətraflı
Canlı efirdə gərgin anlar like
  • 08 Noy 13:39  
Digərləri Canlı efirdə gərgin anlar

Evdə qonşusu tərəfindən diz çökdürülən 16 yaşlı Arif Qəhrəmanlın

arrow Ətraflı