6 qat dünya çempionu Kənan M.Mi rinqə dəvət etdi


Şou-biznes 08 Noy 2019 14:09:00 324 0

6 qat dünya çempionu Kənan M.Mi rinqə dəvət etdi

Peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev ARB TV-nin "Show News" verilişinə müsahibə verib. Son.az xəbər verir ki, "Kobra" ləqəbi ilə tanınan idmançı şou-biznes nümayəndələri ilə bağlı maraqlı açıqlamalar verib: "İfaçılardan Röya Ayxan, Zamiq Hüseynov və Ayaz Qasımovu dinləyirəm. Röyanın səhnə görünüşü əladır. Bayağı müsiqiləri sevmirəm, dinləmirəm. Damla və Şəbnəm Tovuzlunu dinləmirəm. Onların da öz kütləsi var. Şou-biznes nümayəndələrindən Kənan Mahmudovla döyüşmək istərdim. Kişi müğənnilər isə mənimlə döyüşə bilməzlər, mümkün deyil. Əgər aralarından kimsə mənimlə döyüşmək istəyirsə, buyursun, problem deyil. Xanım müğənnilərdən komplimentlər eşidirəm".

Son.az 

(adsgarden = window.adsgarden || []).push({});