Azərbaycanda subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlanılıb


Digərləri 08 Noy 2019 13:57:00 321 0

Azərbaycanda subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər öz elektron kabinetlərinə daxil olub, payız mövsümü üçün apardıqları əkin sahəsi, əkdikləri məhsul barədə məlumatı daxil etməlidirlər. Yeni subsidiya qaydaları elektron hökumət sistemi ilə əlaqəli olduğundan fermerlərin əkin bəyanlarında, daxil etdikləri məlumatlarda dürüstlük tələb olunur. Əkin bəyanlarının doğru doldurulması ilə bağlı Nazirlik təlimlər təşkil edib, məlumatlandırıcı çap materialları hazırlanaraq, fermerlərə yayılması üçün bütün Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib (http://akia.gov.az/pdf/20191106055630pdfeOtdHc.pdf). Maarifləndirici videoçarx mərkəzi telekanallarda və KTN sosial media səhifələrində yayımlanıb (https://www.youtube.com/watch?v=OUvXO-v3DgY).