Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi


Digərləri 08 Noy 2019 13:34:00 293 0

Bakıda dəhşətli qəza: bir maşın vurdu, digəri üstündən keçdi

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb. 

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. 

Sürücü avtomobili yolun kənarında saxlayıb və qapını açaraq avtomobilin yanında, yolun hərəkət hissəsində dayanıb. 

Bu zaman arxadan gələn maşın onu qapı ilə birlikdə vuraraq yolun ortasına atıb. Digər avtomobil isə onun üstündən keçib. Nəticədə, sürücü yerindəcə keçinib.