Bişkekdə güclü PARTLAYIŞ


Dünya 08 Noy 2019 13:29:00 273 0

Bişkekdə güclü PARTLAYIŞ

Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış paytaxt kafelərindən birində qeydə alınıb. Məlumata görə, ardıcıl olaraq 3 partlayışdan sonra kafedə yanğın başlayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 10 nəfər yaralanıb. Partlayışa səbəb kimi qaz balonunun partlaması göstərilir.