İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 08 Noy 2019 13:02:05 46 0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Gömrükçülər qanunsuz yolla ölkə ərazisinə narkotik vasitələrin, psixotrop maddələrin və dərman preparatlarının keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Gömrükçülər qanunsuz yolla ölkə ərazisinə narkotik vasitələrin, psixotrop maddələrin və dərman preparatlarının keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının idarə etdiyi "İveco Ford" markalı yük avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı o üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun üzərində olan qara rəngli gödəkçənin hər iki cibindən, gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd "Tramadol 100" həbləri aşkar edilib. Daha sonra avtomobilə "Maylo" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı isə xidməti it avtomobilin kabina olan hissəsinə reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Yoxlama zamanı avtomobilin kabinindən malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 7 ədəd müxtəlif ölçülü plastik qablarda, ümumi çəkisi 2532 qram olan narkotik vasitə - heroin, 3144 qram narkotik vasitə - tiryək, 373 qram psixotrop maddə - metamfetamin, 30 ədəd FM 40 nişanəsi olan metadon adlı həb və 0,575 litrlik qabda metadon məhlulu aşkarlanıb. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə Azərbaycan Respublikasında "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Səmra özünü kraliça adlandırdı like
  • 08 Noy 12:59  
Şou-biznes Səmra özünü kraliça adlandırdı

Müğənni Səmra Rəhimli sosial media hesabında yeni fotosunu paylaşıb.

arrow Ətraflı
Rusiyada aeroportda sərnişinlər təxliyə olundu like
  • 08 Noy 12:54  
Dünya Rusiyada aeroportda sərnişinlər təxliyə olundu

Rusiyanın Çita hava limanında sərnişinlər təxliyə olunub.

arrow Ətraflı
Zəif duman, cənub küləyi...  HAVA PROQNOZU like
  • 08 Noy 12:49  
Digərləri Zəif duman, cənub küləyi... HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Moped sürənlərin nəzərinə like
  • 08 Noy 12:44  
Digərləri Moped sürənlərin nəzərinə

Son zamanlar paytaxtda moped sürənlərin sayı artıb.

arrow Ətraflı
Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb like
  • 08 Noy 12:39  
Digərləri Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayıb

Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət A

arrow Ətraflı
ABŞın ATƏTdəki səfiri Qarabağ münaqişəsi ilə bağlı çağırış etdi like
  • 08 Noy 12:39  
Siyasət ABŞın ATƏTdəki səfiri Qarabağ münaqişəsi ilə bağlı çağırış etdi

"ABŞ ATƏT Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq

arrow Ətraflı
Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb  FOTO like
  • 08 Noy 12:34  
Digərləri Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus +  və Beynəlxalq Proqra

arrow Ətraflı
Sabah hava dumanlı olacaq like
  • 08 Noy 12:32  
Digərləri Sabah hava dumanlı olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI: like
  • 08 Noy 12:31  
Şou-biznes Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI:

"Qarşıma çıxan, gözyaşı tökən qadınların əksəriyyəti mənə s

arrow Ətraflı
İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi like
  • 08 Noy 12:31  
Digərləri İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdi

arrow Ətraflı
Bakıda 6 otaqlı ev yanıb like
  • 08 Noy 12:29  
Digərləri Bakıda 6 otaqlı ev yanıb

Bakıda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
2020ci il yanvarın 1dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir like
  • 08 Noy 12:24  
Digərləri 2020ci il yanvarın 1dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirti

arrow Ətraflı