İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi


Digərləri 08 Noy 2019 12:31:00 208 0

İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) əhalinin istifadəsinə verilib.

Bakı. İlhamə İsabalayeva - Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) əhalinin istifadəsinə verilib. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu sistem dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir. Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan MAS bu məqsədə xidmət edən bir addımdır. MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malikdir və bu baza daim yenilənir: