Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb (FOTO)


Digərləri 08 Noy 2019 11:31:28 53 0

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus + və Beynəlxalq Proqramlar Ofisinin (EIPO) açılış mərasimi keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus + və Beynəlxalq Proqramlar Ofisinin (EIPO) açılış mərasimi keçirilib. Azərbaycanda ilk dəfə BANM-də yaradılmış bu ofis Avropa Birliyi ölkələri və digər tərəfdaş ölkələrdəki universitetlərlə əlaqələrin yaradılması, inkişaf etdirilməsi, beynəlxalq mobillik proqramları çərçivəsində universitetin tələbə, akademik və administrativ işçi heyətinin daha çox beynəlmiləlləşməsini, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələri ilə layihələrin birgə icra olunmasını, eləcə də, bir çox digər fəaliyyətləri hədəfləyir. Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Azərbaycan universitetlərinin digər dünya ölkələrinin universitetləri ilə inteqrasiyasının və əməkdaşlığının daha da güclənməsi nəzərdə tutulub. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Milli Erasmus+ Ofisinin, Təhsil Nazirliyinin və 20-dək Azərbaycan universitetinin nümayəndələri iştirak edib. Təbdirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasmov bildirib ki, Ali Məktəb yaradıldığı tarixdən etibarən, Avropa Birliyi universitetləri ilə əlaqələr davamlı olaraq genişləndirilir. O qeyd edib ki, bu əməkdaşlıqlar bir çox ikili diplom proqramları, ortaq yay məktəblərinin təşkili, mobillik proqramları, potensialın genişləndirilməsi layihələri və digər fəaliyyətləri əhatə edir. E.Qasımov hazırda Ali Məktəbin Erasmus+ Ka107 Tələbə və İşçi Mübadiləsi proqramları və Potensialın Gücləndirilməsi layihələri üzrə İtaliya, İspaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Polşa və Danimarkanın müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini deyib. “Məlumat üçün bildirim ki, 2018-2019-cu tədris ili ərzində BANM və Avropa Birliyi universitetləri arasında 40-a yaxın mübadilə həyata keçirilib və əməkdaşlıq uğurla davam etdirilməkdədir”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə öz çıxışında bildirib ki, Aİ-nin “Erasmus+” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. “Erasmus+” proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2014-cü ildən Azərbaycanda Erasmus+ proqramı və hazırda proqram çərçivəsində 7 layihə icra olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti sözügedən mübadilə proqramı çərçivəsində ölkəmizi tərəfdaş ölkə kateqoriyasından proqram ölkəsi koteqoriyasına daxil etməyi hədəfləyir. “Fürsətdən istifadə edib bildirim ki, sabah Erasmus+ proqramı çərçivəsində layihələrin qəbulu üzrə növbəti tender elan olunacaq. Hədəflərə və prioritetlərə cavab verən hər bir ali təhsil müəssisəsi tenderdə iştirak edə bilər. Qeyd edim ki, bu il Avropa İttifaqı proqram çərçivəsində layihələrə ayrılan büdcəni 3 dəfə artıraraq 45 milyard avroya çatdırıb ”. - deyə R. Zülfüqarzadə vurğulayıb.
Evə girən polislər dəhşətə gəldi like
  • 08 Noy 11:29  
Dünya Evə girən polislər dəhşətə gəldi

Nyu-Yorkda dəhşətli qətl hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyada aeroportda sərnişinlər təxliyə olundu like
  • 08 Noy 11:26  
Digərləri Rusiyada aeroportda sərnişinlər təxliyə olundu

Rusiyanın Çita hava limanında sərnişinlər təxliyə olunub.

arrow Ətraflı
Bank Respublika və ABA "Nağdsız cəmiyyətə doğru" mövzusunda müsabiqənin qaliblərini elan etdi like
  • 08 Noy 11:20  
Digərləri Bank Respublika və ABA "Nağdsız cəmiyyətə doğru" mövzusunda müsabiqənin qaliblərini elan etdi

Bank Respublika və Azərbaycan Banklar Assosasiyasının (ABA) tələbələr ar

arrow Ətraflı
Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi oktyabrda 34,2 faizə yüksəlib like
  • 08 Noy 11:20  
Digərləri Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi oktyabrda 34,2 faizə yüksəlib

2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay ü

arrow Ətraflı
Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi like
  • 08 Noy 11:17  
Kriminal Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanal

arrow Ətraflı
Hamiləlik zamanı venoz problemlər və onların həlli (FOTO) like
  • 08 Noy 11:15  
Digərləri Hamiləlik zamanı venoz problemlər və onların həlli (FOTO)

Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur.

arrow Ətraflı
Ad gününü yasa çevirən qətlin like
  • 08 Noy 11:14  
Kriminal Ad gününü yasa çevirən qətlin

Ağcabədi Rayon Prokurorluğu dostunu ad günündə qətlə yetirən şəxslə

arrow Ətraflı
Hamiləlik zamanı venoz problemlər və onların həlli like
  • 08 Noy 11:10  
Digərləri Hamiləlik zamanı venoz problemlər və onların həlli

Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur. H

arrow Ətraflı
Türkiyəli aparıcı Bakıda evləndi like
  • 08 Noy 11:04  
Şou-biznes Türkiyəli aparıcı Bakıda evləndi

Türkiyəli aparıcı-şair Kərim Akbaş Bakıda ailə qurub.

arrow Ətraflı
AGF növbəti dəfə aerobika gimnastikası üzrə məşqçilik kursları təşkil etdi like
  • 08 Noy 11:03  
Digərləri AGF növbəti dəfə aerobika gimnastikası üzrə məşqçilik kursları təşkil etdi

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastik

arrow Ətraflı
Görün, kimlər bizi azad "saymır"  "Freedom House"un bisavad hesabatında like
  • 08 Noy 11:02  
Siyasət Görün, kimlər bizi azad "saymır" "Freedom House"un bisavad hesabatında

Ədalətsizlik ədalət, yalan həqiqət, ağ qara, qara da qırmızı kimi təq

arrow Ətraflı
Üç taksi sürücüsü sərxoş sərnişini ölümünə döydülər like
  • 08 Noy 10:59  
Dünya Üç taksi sürücüsü sərxoş sərnişini ölümünə döydülər

Nijni Novqorodda (Rusiya) 3 taksi sürücüsü sərnişini pulu ödəmədiyinə

arrow Ətraflı