Bayrağımız milli qürur mənbəyimiz


Siyasət 08 Noy 2019 10:41:00 52 0

Bayrağımız  milli qürur mənbəyimiz

Türküstan yelləri öpüb alnını

Söyləyir dərdini sana, bayrağım! Üçrəngin əksini Quzğun dənizdən Ərməğan yollasın yara, bayrağım! (Əhməd Cavad)

Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına- Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib...

Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri- bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.

Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökümət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında" vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və "üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi" haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli lider söyləyirdi ki, "biz dövlət rəmzlərimizi- himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir".

Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda "Milli Bayraq Günü" kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırımış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi: "Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq"- kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirmişdir.

Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinın, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.

Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Tanınmış aktyorun çılpaq cəsədi apıldı like
  • 08 Noy 10:39  
Dünya Tanınmış aktyorun çılpaq cəsədi apıldı

İyun ayında itkin düşən aktyorun cəsədi tapılıb.

arrow Ətraflı
Bayrağımız - milli qürur mənbəyimiz like
  • 08 Noy 10:38  
Digərləri Bayrağımız - milli qürur mənbəyimiz

Bayrağımız - milli qürur mənbəyimiz

arrow Ətraflı
Şeyma əzələli ayaqlarını nümayiş etdirdi like
  • 08 Noy 10:34  
Digərləri Şeyma əzələli ayaqlarını nümayiş etdirdi

Paylaşımları ilə adından söz etdirən türkiyəli fenomen Şeyma Subaşı

arrow Ətraflı
Azərbaycanda quş və heyvan ətinin satışı daha 4 il ərzində ƏDV-dən azad ediləcək like
  • 08 Noy 10:30  
Digərləri Azərbaycanda quş və heyvan ətinin satışı daha 4 il ərzində ƏDV-dən azad ediləcək

Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8

arrow Ətraflı
Tanınmış yazıçının əri intihar etdi like
  • 08 Noy 10:24  
Dünya Tanınmış yazıçının əri intihar etdi

Məşhur yazıçı Sereay Şahinlərin əri İbrahim Özkan məhkəmə binasınd

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 08 Noy 10:19  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 08 oktyabr tarixindən etibarən valyuta məzənnə

arrow Ətraflı
Əməkdar artist vəfat etdi like
  • 08 Noy 10:14  
Dünya Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Aleksandr Kupsov vəfat edib.

arrow Ətraflı
Zəlzələ nəticəsində Astarada dağıntı və tələfat olubmu? like
  • 08 Noy 10:11  
Digərləri Zəlzələ nəticəsində Astarada dağıntı və tələfat olubmu?

"Bu gecə İran ərazisində baş verən zəlzələ nəticəsində Astara r

arrow Ətraflı
Hacıqabulda minik maşınları toqquşdu, like
  • 08 Noy 10:09  
Digərləri Hacıqabulda minik maşınları toqquşdu,

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat

arrow Ətraflı
Nazirdən şad xəbər: like
  • 08 Noy 10:07  
Digərləri Nazirdən şad xəbər:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin

arrow Ətraflı
"Hər il qızımın bəkarətini yoxladıram" like
  • 08 Noy 10:04  
Digərləri "Hər il qızımın bəkarətini yoxladıram"

Məşhur amerikalı reper T.İ qatıldığı canlı yayımda pərəstişkarını

arrow Ətraflı