Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi


Kriminal 08 Noy 2019 11:17:00 268 0

Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkimə silahlı hücum anının görüntüləri yayımlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstəxananın sahibi olan türkiyəli həkim əlində silahla axşam saatlarında üç yaşlı uşağı olan azərbaycanlının oturduğu otağa yaxınlaşıb. 

Bu zaman qapının bağlı olduğunu görüb və qadından qapını açmasını tələb edib. 

Hadisənin görüntüləri xəstəxanadakı təhlükəsizlik kameralarına əks olunub. 

Məlumata görə, güllə yarası alan azərbaycanlı qadının vəziyyəti ağırdır. 

Polis tərəfindən saxlanılan Cəlal adlı həkim hakim qarşısına çıxarılıb və barəsində həbs qərarı çıxarılıb. 

Bundan başqa, baş verən hadisənin təfərrüatı məlum olub. 

(adsgarden = window.adsgarden || []).push({});