Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir (ÖZƏL)


Digərləri 08 Noy 2019 09:36:37 185 0

Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir (ÖZƏL)

Bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir.

Bakı. İlhamə İsabalayeva - Bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır: "İrandakı zəlzələdən sonra cənub zonasında qeydə alınan təkanların sayı çox olub. Hələ də təkanların qeydə alınması davam edir". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub. Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin