İtaliyada dünyada ilk dəfə...


Digərləri 08 Noy 2019 08:26:00 268 0

İtaliyada dünyada ilk dəfə...

İtaliya dünyada məktəblilərə iqlim dəyişikliklərini tədris edəcək ilk ölkə olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Təhsil naziri Lorenzo Fioramonti bu qərarı dünyada baş verən qlobal iqlim dəyişikliklərinin məktəb yaşlarından uşaqlara aşılanmasının vacibliyi ilə izah edib. Belə ki, hər bir uşaq insan fəaliyyətinin iqlimdə və bütünlükdə dünyada yaratdığı təsirləri öyrənməlidir. Məhz bu səbəbdən gələn dərs ilindən dövlət məktəblərində hər il 33 saatlıq iqlim dəyişikliyi fənni keçiləcək.

Bu barədə məlumatlar digər təbiət fənlərində də əhatə olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});