İnstitut direktoru: Energetik içkilər, qəlyan Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biridir (ÖZƏL)


Digərləri 08 Noy 2019 07:50:03 30 0

İnstitut direktoru: Energetik içkilər, qəlyan Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşmasının əsas səbəblərindən biridir (ÖZƏL)

Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir. Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib. Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: "Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır". İnstitut direktoru əlavə edib ki, əvvəllər yalnız alkoqollu içkilərdən istifadə və siqaret çəkmə kimi zərərli vərdişlərin ürək-damar xəstəliklərinin yaranmasına mənfi təsir göstərdiyi qeyd edildiyi halda, indi bu xəstəliyin yaranmasına və inkişafına şərait yaradan amillərin sayı dəfələrlə artıb: "Neqativ informasiya verən televiziya verilişlərinin, qorxu filmlərinin də ürək-damar xəstəliklərinin inkişafına çox böyük təsiri var. Məsələn, xəstəxanadan evə gedən ərəfədə belə verilişlərə baxan infarkt olmuş xəstələrimiz arasında təkrar infarkt olanlar olub. Yaşlıların, uşaqların, ürəyi xəstə olan insanların belə verilişlərə baxması düzgün deyil. Bu barədə insanlara daha geniş məlumat verilməlidir ki, onlar risk amillərini bilsinlər". (adsgarden = window.adsgarden || []).push({}); G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var: "Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İnqilabi YENİLİK: "YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu like
  • 08 Noy 07:28  
Digərləri İnqilabi YENİLİK: "YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu

Onlayn video platforma olan "YouTube" istifadəçilərinə pul qazanma

arrow Ətraflı
Çinli bir qadın oğlunun ev tapşırıqlarını izah etməyə çalışarkən infarkt keçirib like
  • 08 Noy 07:09  
Digərləri Çinli bir qadın oğlunun ev tapşırıqlarını izah etməyə çalışarkən infarkt keçirib

Çində 36 yaşlı bir qadın riyaziyyat üzrə ev tapşırığını oğluna iza

arrow Ətraflı
Yaxın 10 ildə bu peşələrə tələb artacaq  SİYAHI like
  • 08 Noy 07:00  
Digərləri Yaxın 10 ildə bu peşələrə tələb artacaq SİYAHI

Araşdırmaçılar yaxın 10 il üçün perspektivli peşə növlərini açıqla

arrow Ətraflı
İranın şimal-qərbindəki zəlzələ nəticəsində üç nəfər ölüb like
  • 08 Noy 06:30  
Digərləri İranın şimal-qərbindəki zəlzələ nəticəsində üç nəfər ölüb

İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində

arrow Ətraflı
Makron və Merkel arasında görüş keçiriləcək like
  • 08 Noy 05:48  
Digərləri Makron və Merkel arasında görüş keçiriləcək

Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel noyabr

arrow Ətraflı
42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ  2030cu ildə... like
  • 08 Noy 05:30  
Digərləri 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ 2030cu ildə...

5 noyabr 2018-ci ildə Günəş sistemindən çıxaraq "ulduzlararası kosm

arrow Ətraflı
2050ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq like
  • 08 Noy 04:30  
Dünya 2050ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstanda demoqrafik

arrow Ətraflı
Tramp Den Bruyetti enerji naziri olaraq senata namizəd kimi təklif edib like
  • 08 Noy 04:08  
Digərləri Tramp Den Bruyetti enerji naziri olaraq senata namizəd kimi təklif edib

ABŞ prezidenti Donald Tramp senata Den Bruyetti enerji katibinin birinci müavi

arrow Ətraflı
Lima qrupu ölkələrinin növbəti iclası noyabrın 8-də Braziliyada keçiriləcək like
  • 08 Noy 03:26  
Digərləri Lima qrupu ölkələrinin növbəti iclası noyabrın 8-də Braziliyada keçiriləcək

Lima qrupuna daxil olan ölkələrin növbəti iclası Noyabr ayının 8-də ke

arrow Ətraflı
ABŞ-da Peru əsilli şəxsin üzünə turşu tökən adama qarşı ittiham irəli sürüldü like
  • 08 Noy 02:49  
Digərləri ABŞ-da Peru əsilli şəxsin üzünə turşu tökən adama qarşı ittiham irəli sürüldü

ABŞ-da Perudan əsilli olan Maxud Vidalaza irqçilik nəticəsində üzünə ki

arrow Ətraflı