DST özünümüalicədən imtina etməyə çağırır


Digərləri 08 Noy 2019 07:21:00 242 0

DST özünümüalicədən imtina etməyə çağırır

Hazırda Avropa regionunun ölkələrində yaşlı əhalinin təqribən yarısının tibb sahəsində məlumatlılıq səviyyəsi azdır. Onlar həkimlərə vaxtında müraciət etmir və çox vaxt özünümüalicə ilə məşğul olurlar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun himayəsi ilə Moskvada keçirilən seminarın iştirakçıları bu problemi müzakirə edirlər.

Qeyri-yoluxucu xəstəliklərə qarşı mübarizə çərçivəsində noyabrın 6-da start götürən ikigünlük seminar sağlamlıq məsələlərində savadlılığın səviyyəsinə həsr olunub. Ekspertləri narahat edən budur ki, region sakinlərinin çoxu diabetə və ya xərçəngə tutulduğunu xəstəliyin ilkin mərhələsində deyil, həkimlərin müdaxiləsinin baha başa gəldiyi, müalicənin isə səmərəsiz olduğu son mərhələsində öyrənir. İnsanların bir qismi həkimin deyil, "yaxın rəfiqənin, yaxud qonşunun məsləhəti" ilə çoxsaylı dərmanlar qəbul edirlər. Əksər hallarda bu dərmanların ziyanı xeyrindən çox olur.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Moskvada sağlamlıq məsələlərində savadlılığın inkişafı sahəsində özünü doğrultmuş layihələri, habelə xroniki xəstəliklərə qarşı mübarizə və sağlamlığın möhkəmləndirilməsi sahəsində müxtəlif yeni təşəbbüsləri müzakirə edəcək və qiymətləndirəcəklər. Görüşün başlıca məqsədi milli səviyyədə müvafiq layihələrin hazırlanması ilə məşğul olacaq xüsusi ekspertlər qrupuna təlim keçməkdir.

DST-nin məlumatına görə, hər iki saniyədən bir dünyada bir adam qeyri-yoluxucu xəstəliklərdən (ürək-damar, xərçəng, diabet və respirator xəstəliklər, habelə psixi pozulma) dünyasını dəyişir. Hər il dünyada 30 yaşından 70 yaşınadək 15 milyon insan bu xəstəliklərdən ölür.

(adsgarden = window.adsgarden || []).push({});