İnqilabi YENİLİK: "YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu


Digərləri 08 Noy 2019 07:28:00 246 0

İnqilabi YENİLİK: "YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu

Onlayn video platforma olan "YouTube" istifadəçilərinə pul qazanmağın yeni yolunu təqdim edəcək.

Son.az xəbər verir ki, "Super Stickers" tətbiqini istifadəyə verməyə hazırlaşan şirkət canlı yayım vasitəsilə yeni gəlir qaynağı yaradacaq.

"Super Stickers" tətbiqi ilə canlı yayım açan izləyicilər etiket sataraq pul əldə edəcək. İzləyicilərə 8 etiket paketi təqdim ediləcək. Onların bəzilərində açıqlamalar da olacaq.

"Super Stickers" sata bilmək üçün ən az 1000 izləyicinin olması tələb edilir. Bundan başqa, kanal pul qazanmağa açıq olmalıdır. Tətbiqdən 18 yaşdan yuxarı şəxslər istifadə edə bilər.

Bu yeniliklə canlı yayım sırasında dəqiqədə 400 dollar qazanan kanallar var.

(adsgarden = window.adsgarden || []).push({});