İstanbulun rəmzlərindən olan tarixi balıqçı qayıqları "tarix"ə qovuşur FOTO


Digərləri 08 Noy 2019 02:30:00 225 0

İstanbulun rəmzlərindən olan tarixi balıqçı qayıqları "tarix"ə qovuşur  FOTO

İstanbulun rəmzlərindən olan tarixi Eminönü balıqçı qayıqları "tarix"ə qovuşur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə balıqçılar arasında 2007-ci ildə imzalanan 10 illik razılaşmanın vaxtı 2017-ci ildə bitib. Sonradan razılaşmanın hər il yenilənəcəyi barədə qərar qəbul edilib. Lakin oktyabr ayının əvvəlində İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən razılaşmanın yenilənməyəcəyi bildirilib. Bununla da İstanbulun Fatih rayonunda uzun illər fəaliyyət göstərən tarixi balıqçı qayıqlarının fəaliyyətinin dayandırılacağına qərar verilib.

Bununla bağlı qayıqlarda işləyən 150 balıqçı tərəfindən İstanbul 4-cü İdarə Məhkəməsinə müraciət olunub. Lakin məhkəmə bələdiyyənin xeyrinə qərar qəbul edib.

İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qayıqların fəaliyyətinin dayandırılmasının bölgədə aparılacaq yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilir. Bununla bağlı bələdiyyə tərəfindən hazırlanan yeni layihənin, hələ ki, cəmiyyətə təqdim edilməməsi balıqçılarla yanaşı, əhali arasında da narahatçılığa səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});