Günün qoroskopu: bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın


Digərləri 08 Noy 2019 00:01:00 347 0

Günün qoroskopu: bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç -  gün ərzində fəal çalışıb, sonra dincələ bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın. İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin. Şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın.  Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.

Buğa - neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək.  İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır. Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.

Əkizlər - bu gün işlər çox olsa da, bir qədər rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə, işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox, şərtlər insandan asılıdır.  Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz. Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və yaşantılarını sizə yük etməyə çalışacaqlar.

Xərçəng - səhər saatlarında bütün diqqətinizi çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın, çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil. Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar yaratmayın.  İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz. Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.

Şir - bu gün görəcəyiniz ən yaxşı iş özünüz olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz, əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər. Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın. Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə məqam layiqli insanı tapmaqdır. Tələsməyin. Müşahidə və müqayisə edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Qız - adi işlərlə məşğul olmaq, gündəlik və rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin rəqabətə hazır olun - bu mübarizədə qalib gəlmək asan deyil. Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar. Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər. Xırdalıqlara və detallara çox fikir verməyib, diqqəti mühüm məsələlərə yönəldin.

(adsgarden = window.adsgarden || []).push({});