Barmaq izi texnologiyasının bilmədiyimiz tərəfləri nələrdir? –


Digərləri 07 Noy 2019 23:40:00 47 0

Barmaq izi texnologiyasının bilmədiyimiz tərəfləri nələrdir? –

Bir çoxumuz telefonlarımızda məxfiliyi qorumaq üçün müxtəlif yollara əl atırıq. Əvvəllər telefonumuzu göz önündə saxlamamağa çalışırdıq. Sonra telefon istehsalçıları buna müxtəlif çarələr tapdılar. İlk çarə şifrə idi. Artıq şifrə yığmadan telefondan istifadə etmək mümkün deyildi. İndi isə bir çox smartfonlara barmaq izi ilə kilid açmaq xüsusiyyəti tətbiq edilib. Bu yenilik məxfiliyi saxlamağa çalışan istifadəçilər üçün göydəndüşmə oldu. Bəs məsələnin başqa tərərfləri barədə düşünürükmü? Bu texnologiya bizim şəxsi məlumatlarımızı nə dərəcədə məxfi saxlaya bilər? İstehsalçılar bu məxfiliyə təminat verirlərmi? Və ya bu texnologiya hansı sistemlə çalışır? TED.az -ın araşdırmasını sizə təqdim edirik:

Son.az ted.az-a istinadən bildirir ki, bu özəllik "Touch ID" texnologiası sayəsində mümkündür. "Touch ID"  "Apple" tərəfindən hazırlanmış barmaq izi skaneridir. Bu texnologiya ilk dəfə 2013-cü ildə təqdim olunan "iPhone 5S" smartfonunda istifadə edilmişdir. Bu funksiya "Apple"ın bir çox məhsullarına var:  "İPhone 5S", "iPhone 6", "İPhone 6+", "iPhone 6S" , "İPhone 6S+", "İPhone SE", "İPhone 7", "İPhone 7+", "İPhone 8" və "İPhone 8+" smartfonları, eləcə də "iPad Mini 3", "iPad Mini 4", "iPad Air 2", "iPad 2017"də.

"Touch ID" texnologiyası "İOS 7" sistemi ilə dərindən inteqrasiya olunmuşdur: sensor istifadəçilərə cihazların kilidini açmağa, həmçinin saxlanılan barmaq izlərindən birini istifadə edərək "App Store", "iTunes Store" və "iBooks Store"da alış-verişi təsdiqləməyə imkan verir. "Secure Enclave" sistemi beş müxtəlif barmaq izi saxlaya bilər.

 "Touch ID"nin tarixi

Barmaq izi sensoru kilidini ilk dəfə olaraq "Apple" patentləşdirib. Barmaq izi skanı ilə təchiz edilmiş ilk smartfonlardan biri 5 yanvar 2011-ci ildə təqdim edilmiş "Motorola Atrix" idi.  Amma barmaq izi skaneri bu smartfonda  o qədər də dərinləşməmişdi.

2012-ci ildə "Apple" barmaq izi tanıma texnologiyasını inkişaf etdirən "AuthenTec" şirkətini 356 milyon dollara satın aldı.

O vaxtdan bəri hamı "Apple" məhsullarında barmaq izi skanerinin nə zaman görüləcəyini gözlənilirdi. Nəhayət, 3 sentyabr 2013-cü ildə İnternetdə barmaq izi skanerinin "iPhone 5s"in tərkib hissələrindən biri olacağı barədə şayiələr yayıldı. 10 sentyabr 2013-cü ildə isə "Apple" şirkətinin marketinq üzrə vitse-prezidenti Phil Schiller "Touch ID" funksiyasını ictimaiyyətə təqdim etdi.

Bəs bu texnologiya necə çalışır?

"Touch ID"  telefonun ana düyməyə birləşdirilib. Cızılmanın qarşısını almaq üçün düymənin üzəri sapfir örtüklə örtülüb. Bu örtük həm də şüşə obyektiv rolunu oynayır. Sensorun ətrafında düyməni sıxmadan "Touch ID" şəxsiyyətini müəyyənləşdirməyə və aktivləşdirməyə imkan verən metal üzük var. Qacetə quraşdırılmış kapasitiv CMOS sensoru 500 ppi (bir pikselin ölçüsü 50 mikron) tanıma keyfiyyəti istifadə edərək barmaq izlərini yadda saxlayır. Daha sonra barmaq fərqli bucaqlarda olsa belə, naxışı tanımaq olur.

CMOS nədir? CMOS sensoru "Touch ID"nin tətbiq olunan barmaq izi ilə görüntüsünü yaradan mikrokapaktorlar dəstidir. Müasir rəqəmsal sxemlərin böyük əksəriyyəti CMOS-dur.

"Apple" şirkətinin verdiyi məlumata görə sensor məlumatı dərialtı təbəqədən oxuyur, lakin bu, istifadədə əlavə çətinlik yaratmır. Bu texnologiya "AuthenTec" tərəfindən hazırlanmışdır. Sensor ana düyməsinin sıxılmasını qeyd edən bir keçid ilə birləşdirilmişdir. Barmaq izinin riyazi görüntüsü "Apple" mərkəzi prosessorunun xüsusi bir yerində saxlanılır. Bu mərkəz ARM "TrustZone"un oxşar və birgə texnologiyadan istifadə edilərək qorunur.

Bəs niyə məhz barmaq izi? Bunun da səbəbi var. İnsan barmaqlarının uc bölgəsi bioloji cəhətdən özünəməxsusdur. Bioloji cəhətdən bənzərsiz olduğu üçün heç bir insanın barmaq izi başqası ilə eyni deyil. Bu bizə unikal şifrələmə metodu verir. Barmaqlarınızın ucundakı naxışlar biometrik xəritəyə bənzəyir. Barmaq izi oxuma cihazları bu boşluqlar və çıxıntılar arasındakı məsafəni və barmaq izimizdəki nöqtələrin mövqelərini nəzərə alaraq unikal şifrələmə alqoritmini yaradır. Cihaz barmaq izini oxunduqda qeydə alınan digər barmaq izləri qeydlərinə baxır və cütləşmə prosesini həyata keçirir. Məhz buna görə hər insanda individual olan barmaq izinin istifadə olunması daha məqsədə uyğundur.

(adsgarden = window.adsgarden || []).push({});
Tanış olun: Lexus LF30 Electrified  FOTO like
  • 07 Noy 23:30  
Digərləri Tanış olun: Lexus LF30 Electrified FOTO

Bu gün Tokyoda işinə başlayan avtosalonda Lexus şirkəti LF-30 Electrified

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 07 Noy 23:30  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Süd və süd məhsullarının autizmli uşaqlara təsiri like
  • 07 Noy 23:25  
Digərləri Süd və süd məhsullarının autizmli uşaqlara təsiri

Süd və süd məhsulları gündəlik qida rasionumuzun önəmli bir hissəsini

arrow Ətraflı
Türkiyə ilk qanadlı raketini sınaqdan keçirdi – VİDEO like
  • 07 Noy 23:20  
Digərləri Türkiyə ilk qanadlı raketini sınaqdan keçirdi – VİDEO

Türkiyənin ilk qanadlı raketi "Atmaca" uğurla sınaqdan keçirilib

arrow Ətraflı
Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçdi like
  • 07 Noy 23:15  
Digərləri Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçdi

Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 g

arrow Ətraflı
“Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək like
  • 07 Noy 23:11  
Digərləri “Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək

Noyabrın 8-də saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.

arrow Ətraflı
Google həkimlər üçün axtarış motoru quracaq like
  • 07 Noy 23:10  
Digərləri Google həkimlər üçün axtarış motoru quracaq

Texnologiya şirkətləri sağlamlıq sektoru ilə əlaqədar addımlar atmağa

arrow Ətraflı
Palıd qabığının bilmədiyiniz faydaları Yaraları sağaldır, qanaxmanı dayandırır like
  • 07 Noy 23:05  
Digərləri Palıd qabığının bilmədiyiniz faydaları Yaraları sağaldır, qanaxmanı dayandırır

Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi

arrow Ətraflı
Tanış olun: Subaru Levorg  FOTO like
  • 07 Noy 23:01  
Digərləri Tanış olun: Subaru Levorg FOTO

Məlum olduğu kimi, Subaru Levorg modeli artıq altı ildir ki Yaponiyada satı

arrow Ətraflı
Rəssam Mixail Şemyakin Azərbaycan Rəssamlıq Akademiyasında ustad dərsi verib (FOTO) like
  • 07 Noy 23:00  
Digərləri Rəssam Mixail Şemyakin Azərbaycan Rəssamlıq Akademiyasında ustad dərsi verib (FOTO)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış Amerika və Rusiya

arrow Ətraflı
Çində şagirdlərə beyin dalğalarını ölçən cihaz taxıldı like
  • 07 Noy 22:55  
Digərləri Çində şagirdlərə beyin dalğalarını ölçən cihaz taxıldı

Çində diqqət aralıqlarını təyin etmək üçün şagirdlərin başlarına

arrow Ətraflı
Tesla, Porsche Taycan ilə rəqabət aparmaq üçün Model S elektrokarını daha güclü etdi – VİDEO like
  • 07 Noy 22:50  
Digərləri Tesla, Porsche Taycan ilə rəqabət aparmaq üçün Model S elektrokarını daha güclü etdi – VİDEO

Tesla şirkəti Model S elektrokarı üçün proqram təminatını yeniləyib ki

arrow Ətraflı
Türkiyədə azərbaycanlı hamilə qadın qəzaya düşdü like
  • 07 Noy 22:43  
Dünya Türkiyədə azərbaycanlı hamilə qadın qəzaya düşdü

Türkiyənin Manisa şəhərində 28 yaşlı azərbaycanlı qadın yol qəzası

arrow Ətraflı
Bakı sakini evdə halsız vəziyyətdə tapılıb like
  • 07 Noy 22:42  
Digərləri Bakı sakini evdə halsız vəziyyətdə tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Qarabağda erməni hərbçi həbs olundu like
  • 07 Noy 22:41  
Dünya Qarabağda erməni hərbçi həbs olundu

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordus

arrow Ətraflı