Aston Martin bayk buraxmaq istəyir


Digərləri 07 Noy 2019 23:58:00 292 0

Aston Martin bayk buraxmaq istəyir

Aston Martin şirkəti öz bəxtini su nəqliyyatında sınadıqdan sonra, ikitəkərli nəqliyyata diqqət yetirmək qərarına gəlib. Eksklyuziv baykın yaradılması üçün britaniya markası Brough Superior firmasını tərəfdaş kimi seçib. Tarixdə ilk dəfə Aston Martin loqotipini daşıyacaq bayk 5 noyabr tarixində Milanda keçiriləcək EICMA motorşousunda debüt edəcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni layihədə iştirak edən Brough Superior şirkətinin əsası 1919-cu ildə Böyük Britaniyada qoyulub. 1940-cı ilə qədər fəaliyyət göstərən şirkət 19 model buraxıb. Markanın baykları sürətli, keyfiyyətli və eksklyuziv olmaqla yanaşı, ağlasığmaz dərəcədə bahalı olublar. Hazırda bu motosikllərin əksər hissəsi şəxsi kolleksiyalarda saxlanır. 2013-cü ildən yenidən dirçəldilmiş marka özünün 100 illik yubileyini güclü tərəfdaş ilə birlikdə qarşılamağa hazırlaşır.

(adsgarden = window.adsgarden || []).push({});