Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçdi


Digərləri 07 Noy 2019 23:15:00 332 0

Microsoft'un Yaponiya şöbəsi 4 günlük iş həftəsinə keçdi

Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 günlük iş həftəsinə keçid təcrübəsinin nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, 4 günlük iş həftəsinə keçid nəticəsində işçilərin məhsuldarlıqları artıb. Son.az technote.az-a istinadən bildirir ki, sözügedən təcrübə Work Life Choice Challenge 2019 Summer proqramı çərçivəsində avqust ayında keçirilib.

Beləliklə 1 ay ərzində Microsoft-un Yaponiya üzrə şöbəsinin 2300 əməkdaşı həftənin cümə gününü əlavə istirahət günü kimi əldə edib. Yəni işçilər həmin gün çalışmayıblar. Bununla belə şirkət bunun müqabilində işçilərin maaşlarını kəsməyib və onların illik məzuniyyətlərindən həmin günləri çıxmayıb. Nəticədə şirkətin Yaponiya üzrə şöbəsi keçirilmiş təcrübəni uğurlu adlandırıb və onun təkrar olunmasında maraqlı olduğunu bildirib. Bu təcrübənin əsas nəticələri isə aşağıdakı kimidir:

- 2018-ci ilin avqust ayındakı göstəricilər ilə müqayisədə bu lin avqust ayında bir işçi üzrə hesablanan satış göstəriciləri 39.99% yüksəlib.

- Vaxtın qənaət olunması üçün şirkət iş görüşlərinin keçirilməsinə fərqli cür yanaşıb. Belə ki, müzakirələrin çox hissəsi online formatına, görüşlərin özləri isə 30 dəqiqə formatına keçirilib.

- Həftədə 4 gün işləyən əməkdaşlar 25.4% daha az istirahət günləri götürüblər.

(adsgarden = window.adsgarden || []).push({});