Palıd qabığının bilmədiyiniz faydaları Yaraları sağaldır, qanaxmanı dayandırır


Digərləri 07 Noy 2019 23:05:00 1485 0

Palıd qabığının bilmədiyiniz faydaları Yaraları sağaldır, qanaxmanı dayandırır

Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə malikdir. Son.az medicina.az-a istinadən bildirir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir.

Dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib.  Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı təsir edir.

Babasil, anal çatlarızamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.

Palıd qabığı dəmləməsi (qarqara şəklində)damaq problemlərizamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanı da çox yaxşı kömək edir.

Uşaqlarda xroniki tonzillitzamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.

Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});