Tesla, Porsche Taycan ilə rəqabət aparmaq üçün Model S elektrokarını daha güclü etdi – VİDEO


Digərləri 07 Noy 2019 22:50:00 317 0

Tesla, Porsche Taycan ilə rəqabət aparmaq üçün Model S elektrokarını daha güclü etdi – VİDEO

Tesla şirkəti Model S elektrokarı üçün proqram təminatını yeniləyib ki, bu da güc qurğusunun pik qüvvəsini 50 at gücü artırmağa imkan verib. Amerika avtomobil istehsalçısının rəhbəri İlon Mask qeyd edib ki, artımın əlavə olunması avtomobilə dreq yürüşündə Porsche Taycanı dörddə bir mil (402 metr) ötməsinə imkan verəcək.

Son.az ted.az-a istinadən bildirir ki, bir müddət əvvəl YouTube-da Tesla Model S və Porsche Taycan-nın 402 metrlik məsafədə necə yarışdığını göstərən videoçarx yayımlanıb. Alman elektrokarı məsafəni 10,6 saniyəyə keçdiyi halda, "Tesle"ya bunu etmək üçün 1,2 saniyə daha çox vaxt lazım olub.

Daha öncə məlum olub ki, Tesla "Şimali ilgək" rekorduna hazırlıq çərçivəsində Model S-in yeni versiyasını "Nürburqrinq"də yenidən sınaqdan keçirməyə başlayıb. Amerikalılar Porsche Taycan-dan yolun ən sürətli dörd qapılı elektrokarı adını almağa hazırlaşırlar. Xatırladaq ki, alman elektromobili 20,6 kilometrlik yolu 7 dəqiqə 42 saniyə vaxt ərzində keçib.

(adsgarden = window.adsgarden || []).push({});