Çində şagirdlərə beyin dalğalarını ölçən cihaz taxıldı


Digərləri 07 Noy 2019 22:55:00 333 0

Çində şagirdlərə beyin dalğalarını ölçən cihaz taxıldı

Çində diqqət aralıqlarını təyin etmək üçün şagirdlərin başlarına beyin dalğalarını ölçən cihazlar yerləşdirən bir ibtidai məktəb, valideynlərin şikayəti ilə tətbiqdən imtina etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Yinhua şəhərindəki Şiaoşun ibtidai məktəbində oxuyan şagirdlərin ailələri, bu cihazlarla uşaqlarının beyinlərinin idarə altına alına biləcəyini söyləyərək şikayət ediblər.

Janq soyadlı bir müəllim isə, sınaq məqsədli tətbiqin bir ildir davam etdiyini, cihazların ola biləcək əks təsirləriylə əlaqədar olaraq uşaqlardan heç bir şikayət almadıqlarını söylədi.

Bu müəllim, uşaqların məlumatlarının sınaqdan məsul olan şirkətə təslim edildiyini və hamısının ailələrlə paylaşılmadığını ifadə edərək dedi: "Etdiyimiz tək şey, diqqət müddətlərini ölçərək uşaqlara köməkçi olmaqdır. Çünki bu məlumatlar müəllimlərinə göndərilir, uşaqlar da daha çox diqqət cəmləyə bilir. Tətbiqin həqiqətən faydasını gördük".

Başa taxılan "U" şəklindəki cihazın ABŞ-ın BrainCo şirkəti və çinli ortağı Jecianq BrainCo tərəfindən yaradılıb.

(adsgarden = window.adsgarden || []).push({});