Türkiyədə azərbaycanlı hamilə qadın qəzaya düşdü


Dünya 07 Noy 2019 22:43:00 320 0

Türkiyədə azərbaycanlı hamilə qadın qəzaya düşdü

Türkiyənin Manisa şəhərində 28 yaşlı azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Hürriyet" saytı məlumat yayıb.

Məlumata görə, qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin - 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.