Vaginal qoxunun səbəbi nədir? –


Digərləri 07 Noy 2019 22:25:00 361 0

Vaginal qoxunun səbəbi nədir? –

Mikroorqanizmlər, bütün bədən girişlərində olduğu kimi, vaginal bölgədə də mövcuddur.Bu mikroorqanizmlərə flora deyilir. Vaginal bölgədəki hüceyrələr də hormonlarla əlaqəlidir. Eynən ağzımızdakı tüpürcək kimi, vaginal bölgədə də bir ifrazat yaranır.

Son.az medicina.az-a istinadən bildirir ki, reproduktiv yaşda olan qadınlarda vaginal axıntı olması normaldır. Əksinə vaginal axıntının olmaması anormal hesab edilir. Hər qadınınbədəni və hormonları fərqlidir, buna görə fərdi bir axıtma var. Ancaq vaginal axıntı normal olaraq rəngsiz və qoxusuz olmalıdır.

Pis qoxulu, ağ rəngli, selikli və həddindən çox gələn vaginal axıntı ciddi sağlıq problemlərinə işarədir. Qeyd edək ki, axıntının qatılığı menstruasiya dövrünə yaxınlaşdıqca artır və menstruasiya dövründən sonra daha maye olur. Vaginada xoşagəlməz bir qoxu varsa, bir mütəxəssislə məsləhətləşin.

Pis qoxunu necə keçirməli?

Vaginadakı pis qoxudan qurtulmaq üçün ilk növbədə təmizliyə diqqət yetirilməlidir. Vagina havalandırılmalı və quru olmalıdır. Pambıq alt paltarları istifadə edilməlidir, sintetik paltar geyinilməməlidir. Çünki pambıq alt paltarları və paltarlar dərinin nəfəs almasına imkan verir və bununla da vaginada zərərli axıntıların qarşısını alır.

Bəzi insanlar vagjinadakı pis qoxunu aradan qaldırmaq üçün dezodorant kimi kosmetik məhsullardan istifadə edirlər. Bu bölgəyə dezodorant sıxmaq çox səhvdir, allergik reaksiyalara səbəb ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});