Hüseynqulu Sarabski - "Qəlblərdə yaşayan sənətkar" (FOTO)


Digərləri 07 Noy 2019 22:12:54 225 0

Hüseynqulu Sarabski - "Qəlblərdə yaşayan sənətkar" (FOTO)

Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş "Qəlblərdə yaşayan sənətkar" adlı tədbir keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş "Qəlblərdə yaşayan sənətkar" adlı tədbir keçirilib. Trend-in məlumatına görə, sənətkarın adını daşıyan Mədəniyyət evinin kollektivi tədbirin açılışında Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edib. Mədəniyyət evinin kollektivinin xalq artistinin Fəxri xiyabanda məzarını ziyarət etməsi, məzarı üzərində Məcnun obrazından bir parça muğam və qəzəl ifa olunmasını əks etdirən videoçarx təqdim olunub. Tədbirdə Hüseynqulu Sarabskinin ifasında "Qalalı" mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa ediblər. Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, Leyli və Məcnun operasından səhnəcik təqdim olunub. (adsgarden = window.adsgarden || []).push({}); Sonda muğam ifaçıları, xalq teatr kollektivinin üzvləri fəxri fərmanla təltif edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin