Darçının tərkibində gizlənən


Digərləri 07 Noy 2019 21:25:00 356 0

Darçının tərkibində gizlənən

Açıq şəkildə satılan və "Vyetnam" darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.

Son.az publika-ya istinadən xəbər verir ki , fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.

Darçının fərqləri Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.

Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində "ojenol" maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.

Hamilələr, diqqət! Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.

Necə etməli? Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.

(adsgarden = window.adsgarden || []).push({});