İtaliyada hərbi helikopter gəminin göyərtəsinə sərt eniş etdi


Dünya 07 Noy 2019 21:27:00 304 0

İtaliyada hərbi helikopter gəminin göyərtəsinə sərt eniş etdi

İtaliya Hərbi-Hava Qüvvələrinə məxsus helikopter eniş edərkən gəminin göyərtəsinə çırpılıb.

Son.az Trend-ə istinadən bildirir ki, insident təlim uçuşu zamanı baş verib.

Helikopter eniş zamanı böyrü üstə əyilib və nəticədə vinti dağılıb. Heyət üzvlərinin səyi nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. Helikopterdə olan 6 heyət üzvündən heç biri xəsarət almayıb.