Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi


Dünya 07 Noy 2019 20:39:00 275 0

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə Mənim Addımım Blokunun deputatları ilə görüşüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Joxovurd" öz mənbələrinə istinadən yayıb. Görüş noyabrın 5-də qapalı rejimdə baş tutub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejimi münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan həmçinin Vitali Balasanyanın son bəyanatları barədə də soruşublar.