Taylandda “Azərbaycanın logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ilə bağlı məruzə təqdim olunub (FOTO)


Digərləri 07 Noy 2019 20:06:50 291 0

Taylandda “Azərbaycanın logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ilə bağlı məruzə təqdim olunub (FOTO)

Taylandda “Azərbaycanın logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin iqtisadi transformasiya istiqamətində rolu barədə məruzə təqdim olunub.

Bakı. Taylandın Banqkok şəhərində “Asiya və Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrində Struktur İqtisadi Transformasiyanın Təşviqi” adlı regional görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP), eləcə də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) təşkilatçılığı ilə baş tutub. Görüş çərçivəsində UNESCAP-ın Makroiqtisadi Siyasət, Yoxsulluğun Azaldılması və İnkişafın Maliyyələşdirilməsi Komitəsinin 2-ci sessiyası olub. Məqsəd region ölkələri tərəfindən iqtisadi transformasiya istiqamətində həyata keçirilən islahatların, qarşıya çıxan məhdudiyyət və çətinliklərin, o cümlədən milli strateji yol xəritələrinin inkişafı üçün zəruri olan beynəlxalq təcrübə və məlumatların nəzərdən keçirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır. İclasda əksər üzv ölkənin nümayəndələri, eləcə də ESCAP və UNCTAD katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edib.