Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: "Sürücü tapılacaq"


Digərləri 07 Noy 2019 19:49:00 287 0

Bakıda qırmızıda keçən avtobusdan sərnişin yıxıldı: "Sürücü tapılacaq"

Noyabrın 5-də Azadlıq prospektində hərəkətdə olan 99-JP-548 qeydiyyat nişanlı 133 nömrəli avtobusun qapıları açıq vəziyyətdə olduğu üçün həmin avtobusdakı sərnişinlərdən biri yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb.

Daha sonra avtobus sürücüsü buna məhəl qoymadan hərəkətini davam etdirərək svetoforun qırmızı işığında yolayrıcına daxil olub.

Son.az xəbər verir ki, hadisə ilə bağlı Lent.az -a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin avtobus sürücüsü mütləq tapılacaq və barəsində tədbir görüləcək: