“Sirus hesabıma özünü reklam etməsin”


Şou-biznes 07 Noy 2019 19:29:00 581 0

“Sirus hesabıma özünü reklam etməsin”

Şairə Nazilə Səfərlinin plastik-cərrah Siruz Qoçxani tərəfindən əməliyyat olunması barədə xəbər yayılıb. Məlumatda bildirilib ki, o, liposaksiya və buxaq əməliyyatı etdirib. Bunu mediadan gizlətmək üçün isə əməliyyat otağına üzüörtülü şəkildə girib.

Son.az xəbər verir ki, N.Səfərli haqqında çıxan xəbərlərlə bağlı Axşam.az-a danışıb. O, məlumatı yayan həkimi qınayıb:

"Bugünədək çoxsaylı əməliyyatlarım olub. Bunun ağrısını mən çəkirəmsə, xəbərini siz niyə bilməlisiniz ki? Hamı mənə deyir ki, arıqlamısan? İki il bundan öncə Damlaynan Qazaxıstana gedəndə istifadə etdiyim libası Fədayənin (müğənni Fədayə Laçın - red.) gecəsinə geyindim. Həmin paltar əynimə oldu: nə dar, nə də gen. Nəyim arıqlayıb?".

Şairə bildirib ki, yalnız buxağında liposaksiya əməliyyatı etdirib:

"Sirus Qoçxaninin də bu əməliyyat üçün pulunu vermişəm. Özünü hesabıma reklam etməsin. Zəng etdim ki, Sirus həkim, bu, nə məsələdir? Kiminsə anası, bacısı, həyat yoldaşıyam. Nə üçün paltarlarımı horizontal, frontal çəkib qoymalıdırlar? Zəkamla pul qazanıram, bədənimlə yox. Bu hərəkət xoşuma gəlmədi. Dedi ki, "Mən etməmişəm. Xəbəri yazan sayt hər zaman əlehimə informasiya yayır". Dedim ki, axı səni tərifləyiblər, pisliyinə heç nə yazılmayıb.