Azərbaycanda "Microsoft"a yeni rəhbər təyin edilib


Digərləri 07 Noy 2019 19:04:00 208 0

Azərbaycanda "Microsoft"a yeni rəhbər təyin edilib

"Microsoft Azerbaijan" şirkətinə yeni baş menecer təyin edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, Qaçay Mirzəyev "Microsoft Azerbaijan"da yeni baş menecer vəzifəsinə təyin edilib. O, bu vəzifədə Sərxan Həşimovu əvəz edib. Q. Mirzəyev eyni zamanda şirkətdə bulud infrastrukturu həlləri üzrə ekspert qismində də fəaliyyət göstərəcək.

Q. Mirzəyev bu xəbəri təsdiqləyib və açıqlamasında bildirib ki, şirkətin strategiyasında heç bir dəyişiklik edilməyib.

"Biz hər zaman olduğu kimi, bu strategiya çərçivəsində dövlət strukturları ilə əməkdaşlıq, o cümlədən Azərbaycana "Microsoft"un qlobal təcrübəsinin gətirilməsi, rəqəmsal keçiddə ölkəyə dəstək verilməsi və bulud həllərini yerli şirkətlərə təqdim etməklə onların xərclərinin optimallaşdırılmasını davam etdirəcəyik", - deyə Q. Mirzəyev qeyd edib.