İçərisində 10 min manat olan seyfi oğurlayanlar saxlanılıb


Digərləri 07 Noy 2019 19:00:00 255 0

İçərisində 10 min manat olan seyfi oğurlayanlar saxlanılıb

Yasamal rayonu ərazisindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı. . Yasamal rayonu ərazisindəki evlərin birindən seyf oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin