Azərbaycanlı alim ikiarvadlılığı dəstəklədi: "Atamın ikinci arvadındanam, nolub ki?"


Digərləri 07 Noy 2019 18:39:00 254 0

Azərbaycanlı alim ikiarvadlılığı dəstəklədi: "Atamın ikinci arvadındanam, nolub ki?"

Bir neçə gün əvvəl qadına qarşı şiddətə haqq qazandıran alim Sabir Əlihüseynli daha bir qalmaqallı fikir səsləndirib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ekspert qismində iştirak edən akademik və fəlsəfə doktoru bu dəfə ikiarvadlılığı dəstəkləyib.

O, belə bir fikri Rusiyadan qızının atasının arxasınca gələn Sveta adlı rus qadının məsələsi müzakirə olunarkən deyib. Svetlananın axtardığı Yusifi xalası qızı ilə evlidir. S.Əlihüseynli təklif edib ki, Yusif Svetlananı ikinci arvad kimi alsın və bərabər mehriban yaşasınlar.

"Azmı olub azərbaycanlı kişilər iki arvadla yaşayıb? Bu da bunlardan biri. Lap yaxşı, Allah xoşbəxt etsin. Mənim atamın iki arvadı olub. Mən ikinci arvaddan doğulan uşağam. Nolub? Göydən daş düşməyib ki?"

Xatırladaq ki, S. Əlihüseynli (Tağıyev) qadının əri tərəfindən vəhşicəsinə döyülməsinə bu sözlərlə haqq qazandırmışdı: "Ata-baba misalımız var: "Yüyrək at özünə qamçı vurdurmaz". Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!"