Koreya Respublikasının Prezidenti Mun Cein AZƏRTACın rəhbərlik etdiyi OANAnın nümayəndə heyətini qəbul edib


Digərləri 07 Noy 2019 18:17:00 303 0

Koreya Respublikasının Prezidenti Mun Cein AZƏRTACın rəhbərlik etdiyi OANAnın nümayəndə heyətini qəbul edib

Noyabrın 7-də Koreya Respublikasının Prezidenti Mun Ce-in Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərlərini qəbul edib.

OANA-nın XVII Baş Assambleyası Seulda işə başlayıb və iki gün davam edəcək. Assambleyada 32 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak edirlər. Bu təşkilata 2016-cı ildən AZƏRTAC sədrlik edir.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident Mun Ce-in xəbər agentliklərinin sülhün və sabitliyin təmin edilməsində böyük rol oynadığını qeyd edib. Feyk xəbərlərin sürətlə yayıldığı indiki dövrdə xəbər agentliklərinin əhəmiyyətini xüsusi vurğulayan Prezident etimadın media üçün vacib rol oynadığını diqqətə çatdırıb.

Sonra çıxış edən OANA-nın prezidenti Aslan Aslanov "Jurnalistika üçün yeni çağırışlar: Texnoloji yeniliklər və xəbərlərin etibarlılığı məsələsi" mövzusunda keçirilən konfrans və Baş Assambleya barədə məlumat verib. "Texnoloji yeniliklər agentliklər üçün həm çətinliklər yaradır, həm də yeni imkanlar açır. İKT sənayesində lider ölkələrdən olan Koreya Respublikasında bu müzakirələrin aparılması bizim üçün önəmlidir. Biz toplantılarda mediaya ictimai etimad məsələsi, həmçinin feyk xəbərlərin zərərləri və təhlükələri barədə fikir mübadiləsi aparırıq. Bu mənfi hallar jurnalistikanın əsas prinsiplərinə təhlükədir", - deyə Aslan Aslanov qeyd edib.