Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb


Digərləri 07 Noy 2019 18:07:00 315 0

Pirşağıda qəza olub, qəsəbə qazsız qalıb

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, "Opel" markalı minik avtomobili ilə toqquşan "Mersedes" markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Son.az