Tanınmış həkimin ailəsində faciə


Digərləri 07 Noy 2019 17:59:00 284 0

Tanınmış həkimin ailəsində faciə

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.

Son.az BakuPost-a istinadən xəbər verir ki, psixiatrın həkim qızı, Hippokrat Tibb Mərkəzinin Laboratoriya Departamentinin rəhbəri Nigar Tağızadə bu gün vəfat edib.

1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun 3 övladı var.

Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır. L. Tağızadə sözügedən Tibb Mərkəzinin direktorudur.