Bələdiyyə seçkiləri ilə bağlı 5 milyondan artıq seçki bülleteni çap olunacaq


Digərləri 07 Noy 2019 17:25:00 285 0

Bələdiyyə seçkiləri ilə bağlı 5 milyondan artıq seçki bülleteni çap olunacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Bakı. Elçin Mehdiyev - Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasın əvvəlində MSK-nın 5 noyabr 2019-cu il tarixli protokolu təsdiq olunub. Daha sonra seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiqlənib. Bildirilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin sayı 5 milyon 20 min 287 olacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin