Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb, piyada evdə ölüb


Kriminal 07 Noy 2019 17:19:00 310 0

Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb, piyada evdə ölüb

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.