“Bağdadinin uşağı da əlimizdədir”


Dünya 07 Noy 2019 17:04:00 269 0

“Bağdadinin uşağı da əlimizdədir”

Ötən gün İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımı, bacısı, yeznəsi və digər ailə üzvlərinin saxlanıldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri öncəsində yeni məlumatları bölüşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bağdadinin xanımı 1-1,5 ildir ki, Türkiyənin əlində olub.

"Bağdadinin yaxın ətrafı daha çox ölkəmizi hədəf almışdı. Sonuncu dəfə Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında bacısının əri və uşağı tutulmuşdu. Həyat yoldaşı da 1-1,5 il idi ki, əlimizdə idi. Onun yanında uşağı da olub. Bu, DNT analizi ilə öz təsdiqini tapıb", - Ərdoğan bildirib.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.

(adsgarden = window.adsgarden || []).push({});