Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib


Digərləri 07 Noy 2019 17:09:00 224 0

Bələdiyyə seçkilərində iştirak üçün 28 min 410 nəfər dairə seçki komissiyalarına müraciət edib

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Bakı. Elçin Mehdiyev - Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada, 13524-ü siyasi partiyalar tərəfindən, 40 nəfər isə təşəbbüs qruplarından bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb. M.Pənahov əlavə edib ki, 17509 nəfərə imza vərəqəsi götürüb. Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb. MSK sədri qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin