Xızıda yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 07 Noy 2019 16:14:00 306 0

Xızıda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Xızı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 6-da saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.