Hüseynqulu Sarabski "Qəlblərdə yaşayan sənətkar" FOTO


Kriminal 07 Noy 2019 15:10:00 262 0

Hüseynqulu Sarabski  "Qəlblərdə yaşayan sənətkar"  FOTO

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş "Qəlblərdə yaşayan sənətkar" adlı tədbir keçirilib.

Sənətkarın adını daşıyan Mədəniyyət evinin kollektivi tədbirin açılışında Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını əks etdirən  videoçarx təqdim edib.  Mədəniyyət evinin kollektivinin xalq artistinin Fəxri xiyabanda məzarını ziyarət etməsi, məzarı üzərində Məcnun obrazından bir parça muğam və qəzəl ifa olunmasını əks etdirən videoçarx təqdim olunub.

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında "Qalalı" mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa ediblər.

Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, Leyli və Məcnun operasından səhnəcik təqdim olunub.