“Televiziya sədrləri Azərbaycan dilini bilmir”


Digərləri 07 Noy 2019 15:37:00 225 0

“Televiziya sədrləri Azərbaycan dilini bilmir”

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli İTV-də yayımlanan "3D" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, televiziya sahəsindəki çatışmazlıqlardan danışan Q.Məhərrəmli bəzi kanal rəhbərlərinin Azərbaycan dili qüsurlarının olduğunu bildirib:

"Televiziyada dil məsələləri ilə bağlı iclas keçirilirdi. Televiziya sədrləri oturmuşdu. Yeddi nəfərdən beşi Azərbaycan dilini bilmir. Bunlar necə nəzarət edəcək? Onlarla hansı dil siyasətini həyata keçirmək olar? Bu sünilikdən əl çəkmək lazımdır".