Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb, piyada evdə ölüb


Digərləri 07 Noy 2019 15:14:00 222 0

Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb, piyada evdə ölüb

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulub.

Bakı. İlhamə İsabalayeva - Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb. (adsgarden = window.adsgarden || []).push({}); Sabunçu RPİ tərəfindən araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin