Ağdam RİH başçısının müavini: "650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsinə hazırlıq aparılır"


Digərləri 07 Noy 2019 14:29:00 257 0

Ağdam RİH başçısının müavini: "650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsinə hazırlıq aparılır"

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağdamda 10 min ağac əkiləcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverən Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində rayonun Bərdə-Ağcabədi yolunun Quzanlı qəsəbəsinin ərazisindən keçən hissəsində-yol ətrafındakı qurumuş ağacların əvəzinə 250 ağac əkiləcək.

Bununla yanaşı, Ağdamın Xındırıstan nümayəndəliyinin ərazisində 1250, Əhmədağalı nümayəndəliyinin ərazisində 1050, Alıbəyli nümayəndəliyinin ərazisində 1100, Dərvənd nümayəndəliyinin ərazisində 1800 ağac əkiləcək.

Birinci müavin qeyd edib ki, həmin gün şam, iydə, akasiya, göyrüş, ərik, alça, gavalı, alma, nar və həmişəyaşıl ağaclar əkiləcək.