Robert Koçaryanı həbsdə qaldı


Dünya 07 Noy 2019 14:20:00 222 0

Robert Koçaryanı həbsdə qaldı

Yerevan məhkəməsi növbəti dəfə sabiq prezident Robert Koçaryanı həbsdə saxlayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, məhkəmə R. Koçaryanın vəkillərinin həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib.  

R. Koçaryanın işi ilə bağlı növbəti məhkəmə iclası noyabrın 12-də keçiriləcək. 

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etsələr də, onların şikayətləri təmin edilməyib.