Xəzərdə zəlzələ olub


Digərləri 07 Noy 2019 14:06:00 291 0

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

Bu barədə Son.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:45-də qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 27 km olub.