Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir – Türkiyə Ticarət Müşaviri


Digərləri 07 Noy 2019 13:51:00 176 0

Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir – Türkiyə Ticarət Müşaviri

Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır.

Bakı. Rufiz Hafizoğlu - Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır. Türkiyə səfirliyinin ticarət müşaviri Ahmet Atakər Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyasının (MÜSİAD) Bakı ofisi və MÜSİAD İzmir heyətinin qəbulu zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif sektorlarına investisiya qoyan xeyli türkiyəli sərmayəçi var və onlar bu sərmayəçi sayının artmasında maraqlıdırlar ki, hər iki ölkə bu investisiyalardan çox fayda əldə etsin: “Əsas hədəflərdən biri də odur ki, Azərbaycanın sahib olduğu imkanlardan türkiyəli sərmayəçilər, Türkiyənin sahib olduğu imkanlardan isə azərbaycanlı sərmayəçilər faydalansın. Azərbaycan türk iş adamlarının sərmayə qoya biləcəyi ən uyğun ölkədir və bu Bakıya gələn bütün türk iş adamlarına bildirilir. Bizim dilimiz, dinimiz, yaşayış və mədəniyyətimiz eynidir. Azərbaycanda türk iş adamlarının sərmayə qoyması, Türkiyənin bir vilayətindən gedib başqa bir vilayətində sərmayə qoymaq kimi asandır". A.Atakərin sözlərinə görə, analoji halı Türkiyədə sərmayə qoyan azərbaycanlı iş adamları üçün də söyləmək olar: